ABŞ süni zəka şirkətlərində pay almağı nəzərdən keçirir

2026/06/1780679531.jpg
Oxunub: 200     21:12     05 İyun 2026    
ABŞ rəsmiləri süni zəka sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdə dövlətin pay sahibi olması imkanını müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, bu ideya ötən il “OpenAI” şirkətinin baş direktoru Sem Altman tərəfindən ABŞ administrasiyasına təqdim olunub.

Nəşr yazır ki, belə bir addım hökumətə sürətlə inkişaf edən texnologiyalardan əldə olunan gəlirlərin bölüşdürülməsində iştirak etmək imkanı verə bilər. Eyni zamanda, bu, süni zəka şirkətlərinə tənzimləyici qurumlar tərəfindən rəsmi dəstək qazandırmış olar.

Qeyd olunur ki, təşəbbüs həm də bir sıra texnologiya startaplarının birjada ilkin kütləvi yerləşdirməyə (IPO) hazırlaşdığı bir dövrdə ictimaiyyətdə süni zəkanın iqtisadi nəticələri ilə bağlı artan narahatlıqları azaltmağa kömək edə bilər.

Bununla yanaşı, “The Wall Street Journal” vurğulayır ki, belə tərəfdaşlıq ABŞ hökuməti üçün müəyyən risklər də yaradır. Belə ki, dövlət büdcəsi süni zəka bazarındakı yüksək dəyişkənliyin təsirinə məruz qala bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Süni-zəka  


Bizi "telegram"da izləyin