Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Onun sözlərinə görə, İrəvan Rusiya tərəfi ilə daim dialoqdadır və mövcud problemlərin yaxın vaxtlarda həll olunacağını hesab edir.
Kostanyan həmçinin xatırladıb ki, Avropa İttifaqı (Aİ) iqtisadiyyatın şaxələndirilməsini və ixrac potensialının inkişafını dəstəkləmək üçün Ermənistana 52 milyon avro ayırıb, buna görə də vəsait məhz buna yönəldiləcək və onlar Rusiya tərəfi ilə məsələlərin tənzimlənməsinə ümid edirlər.
"Birincisi, Ermənistan tərəfi [Rusiya ilə münasibətlərdə – red.] gərginliyin olduğunu hesab etmir. İkincisi, rusiyalı tərəfdaşlarımızla münasibətlərdə gərginlik yaratmaq tendensiyası yoxdur. Və üçüncüsü, biz artıq bildirmişik ki, Ermənistan məsələni "Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı" formatında qoymur", - o bildirib.
Kostanyanın sözlərinə görə, Ermənistan eyni zamanda Aİ ilə yaxınlaşmağa yönəlmiş islahatlar həyata keçirərək, Aİİ-nin üzvü olaraq qalmağa davam edir.
Ordu.az