Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, stansiyanın Rusiya seqmentində güclənən hava sızmasının aradan qaldırılması istiqamətində işlər aparılır. Bu səbəbdən NASA təhlükəsizlik tədbirlərini gücləndirib.
NASA nümayəndəsinin sözlərinə görə, stansiyada olan 12-ci ekipajın dörd üzvü, iki amerikalı, bir fransalı və bir rusiyalı astronavt Uçuşların İdarəetmə Mərkəzindən xüsusi göstəriş alıb.
Astronavtlara stansiyaya birləşdirilmiş “Crew Dragon” kosmik gəmisinə keçmək və mümkün təxliyə ehtimalına qarşı skafandrlarını geyinmək tapşırılıb.
NASA vəziyyəti nəzarətdə saxladığını və təhlükəsizlik tədbirlərinin profilaktik xarakter daşıdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az