Rezai: "ABŞ 24 milyard dollarlıq İran vəsaitini blokdan çıxarmalıdır"

2026/05/1779642463.jpg
Oxunub: 175     21:02     05 İyun 2026    
ABŞ və İran arasında potensial razılaşma Vaşinqtonun 24 milyard dollar məbləğindəki İran aktivlərini blokdan çıxarması halında mümkündür.

Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar dalana dirənib və sonrakı irəliləyiş ABŞ Prezidenti Donald Tramp administrasiyasından asılıdır.

"Danışıqlar dalana dirənib və Tramp bu dalanı aşmalıdır", - Rezai bildirib.

O vurğulayıb ki, 24 milyard dollarlıq İran aktivlərinin blokdan çıxarılması tərəflər arasında etimadın bərpası üçün mühüm addım ola bilər.

"Əgər Tramp İranla razılaşma əldə etmək istəyirsə, o zaman bu 24 milyard dollar etimad sınağıdır. Bu, ABŞ-nin keçməli olduğu sınaqdır və o zaman razılaşmaya gedən yol açılacaq", - müşavir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rezai   ABŞ   İran  


Bizi "telegram"da izləyin