Sabahdan İrəvanda mitinqlər başlayır

2023/09/fdgf1-1695290623.jpg
Oxunub: 475     21:31     22 İyun 2024    
Arxiyepiskop Baqrat Qalstanyan hazırda İrəvandakı Uşaq Parkında gənclərlə görüş keçirir.

Ordu.az erməni mediasına istinadən bildirir ki, dünən o, Kirants və Əskipara kəndlərinə gedib.

Daha sonra isə keşiş İrəvana qayıdaraq, Qarabağ separatçılarının hələ də ləğv edilməmiş “nümayəndəliyi”nə baş çəkib və xidməti avtomobili İstintaq Komitəsi tərəfindən həbs edilən Samvel Şahramanyanla görüşüb.

B.Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatı sabahdan etibarən yeni formatda mitinqlərə başlayacağını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Mitinq  


Bizi "telegram"da izləyin