Rusiya İstintaq Komitəsi sədrinin Dövlət Duması haqda sözləri qalmaqal yaradıb

2024/06/667d5-1719489285.jpg
Oxunub: 193     15:46     27 İyun 2024    
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Dövlət Dumasını "Qosudarstvennaya Dura" adlandırıb.

Ordu.az xəbər verir ki, Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun iclası çıxışı zamanı miqrasiya məsələləri müzakirə olunarkən Bastrıkin Dövlət Dumasının ölkədə miqrantlarla bağlı vəziyyətə etinasız yanaşmaqda ittiham edib.

"Mən həqiqətən bilmək istərdim ki, bizim "Qosudarstvennaya Dura"mız nə vaxt yaxşı qanunlar qəbul edəcək", - deyə Rusiya İstintaq Komitəsinin sədri ölkə parlamentinin aşağı palatasını təhqir edib.

Qeyd edək ki, "dura" sözü rus dilindən tərcümədə "axmaq" deməkdir.

Dövlət Dumasını spikeri Vyaçeslav Volodinin Bastrıkinin məlum açıqlamasına reaksiyası özünü çox gözlətməyib. Volodin bildirib ki, İstintaq Komitəsinin rəhbəri "Qosudarstvennaya Dura" ifadəsi ilə xalqı təhqir edib, çünki deputatları vətəndaşlar seçirlər.

Əlavə edək ki, Bastrıkin Rusiyada tez-tez miqrantlar əleyhinə sərt açıqlamaları ilə gündəmə gələn dövlət rəsmisidir. O, Peterburq Hüquq Forumunda çıxışında Rusiyada miqrasiya qanunun sərtləşdirilməsini, qanunu pozanların məsuliyyətinin artırılmasını təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İstintaq-Komitəsi   Dövlət-Duması  


Bizi "telegram"da izləyin