Erməni siyasi xadim: “Bu halda Paşinyan Türkiyə və Azərbaycana müraciət edəcək”

2024/06/1719387500.jpg
Oxunub: 360     17:46     27 İyun 2024    
“Hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparmaq, amma mübarizənin siyasi olmamalı olduğunu demək nə deməkdir?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Karine Atsemyan deyib.

“Hərəkatı siyasiləşdirmək olmaz” söyləmək nə deməkdir? Hər kəsə xatırlatmaq istəyirəm ki, ikinci və üçüncü prezidentlərin siyasi komandaları parlamentdə müxalifət kimi təmsil olunur. İstəsək də, istəməsək də, bu, faktdır, ona görə də siyasəti təmsil etməyən insanlara arxalanmaq siyasətin əlifbasını bilməmək deməkdir “, - deyə Atsemyan bildirib.

O qeyd edib ki, əslində indiki mərhələdə növbədənkənar seçkiyə getmək istəyənlərin məqsədi hakimiyyət dəyişikliyi əvəzinə indiki parlamentin və mövcud müxalifətin yerini tutmaqdır.

“Növbədənkənar seçki baş tutcağı təqdirdə Paşinyan keçmiş hakimiyyət nümayəndələrini istisna etmək xahişi ilə Türkiyə və Azərbaycana müraciət edəcək”, - deyə Atsemyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycana   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin