"Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib" - Alper Gezeravcı

2024/02/2024--1707987217.jpg
Oxunub: 208     17:37     27 İyun 2024    
Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib. Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq bizim hamımızın qarşısında duran əsas vəzifələrindəndir.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxışında deyub.

Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycanın paytaxtına səfərini xatırlayan Alper Gezeravcı bu gün yenidən burada olmaqdan məmnuniyyət ifadə etdi. Bildirdi ki, o görüşdə olduğu kimi, bu səfərdə əsas missiyası ölkəmizdə gənclərə kosmik sahə barədə ətraflı məlumat vermək və kosmosu sevdirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alper-Gezeravcı  


Bizi "telegram"da izləyin