Türkiyənin ilk astronavtı Alper Gezeravci “Baku ID 2024” çərçivəsində Azərbaycana gəlib

2023/12/alper-1703998819.jpg
Oxunub: 239     17:02     27 İyun 2024    
Bakıda keçirilən “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcinin media nümayəndələri ilə görüşü keçirilib.

Ordu.az xəbər verir ki, görüş çərçivəsində Alper Gezeravci "Baku ID" tədbirinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Alper Gezeravci “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında iştirak edib.

Panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası da keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gezeravci   Azərbaycan  


Bizi "telegram"da izləyin