ABŞ Yunanıstana 62 ədəd ikinci əl M2A2 “Bradley” ZDV-sini pulsuz şəkildə təhvil verəcək

2024/06/M2A2--1719473855.jpg
Oxunub: 316     17:36     27 İyun 2024    
ABŞ Ehtiyacdan Artıq Müdafiə Avadanlıqları (EDA) Proqramı çərçivəsində Yunanıstana 62 ədəd ikinci əl M2A2 “Bradley” Zirehli Döyüş Vasitəsini (ZDV) pulsuz şəkildə təhvil verəcək.

Ordu.az xəbər verir ki, bundan əlavə, Yunanıstan kiçik bir ödəniş qarşılığında EDA Proqramı çərçivəsində əlavə 102 ədəd vasitəni təhvil alacaq.

Bu çərçivədə Yunanıstan texniki heyəti həm “Bradley” vasitələrini araşdırmaq, həm də vasitələr üçün mümkün modernləşdirmə imkanlarını müzakirə etmək üçün ABŞ-yə səfər edib.

Yunanıstan nümayəndə heyəti Texasdakı “BAE Systems” obyektlərinə baş çəkib, modernləşdirmə paketləri haqqında məlumat alıb.

Pis vəziyyətdə olan M2A2 “Bradley” ZDV-lərinin Yunanıstan ordusunun inventarına daxil edilməzdən əvvəl geniş təmir, texniki xidmət və modernləşdirmədən keçməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan   Bradley  


Bizi "telegram"da izləyin