Yunanıstan freqatının Qırmızı dənizdəki missiyası texnoloji çatışmazlıq səbəbindən erkən başa çatıb

2024/06/2024--1719383372.jpg
Oxunub: 185     15:28     27 İyun 2024    
Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki “Aspides” missiyasında xidmət edən Yunanıstan Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Hydra” adlı freqatın missiya müddətinin planlaşdırılandan 1 ay tez başa çatmasının səbəbinin texnoloji çatışmazlıqlar olduğu bildirilib.

Ordu.az Yunanıstanın “ieidiseis.gr” nəşrinə istinadən xəbər verir ki, ekipaj üzvlərindən bəziləri Qırmızı dənizdəki missiyanı “intihar missiyası” kimi qiymətləndiriblər.

MEKO tipli freqat olan “Hydra”nın çox köhnə olduğu və modernləşdirilmədiyi üçün husilərin silah sistemlərinə qarşı çıxmaqda çətinlik çəkdiyi qeyd olunub.

Freqatın Qırmızı dənizdə Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı qoruyucu çətirə də sahib olmadığı vurğulanıb.

Məlumata görə, “Hydra”nın fəaliyyəti dövründə freqatda olan PUA və helikopterlər havaya qalxmaqdan yayınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin