Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, hansı məqsədlə saxlanıldıqlarını soruşanda yoxladıqları cavabını verirlər.
“Bizə hüquq-mühafizə orqanlarından bildiriblər ki, onlar avtomobilləri yoxlamırlar, gizli dinləmək üçün cihazlar quraşdırırlar. Bir neçə gün “yoxladıqdan” sonra çağırırlar, avtomobili sahibinə qaytarırlar və onun daimi “yoldaşı” olurlar. Amma qanunsuzluqlar bununla bitmir. Hakimiyyətə yaxın KİV-lərdə gizli dinləmələr ortaya çıxır. “Vətən naminə Tavus” hərəkatının üzvü, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib ki, bütün bunlardan xəbərdardır, təkcə avtomobillərə yox, telefonlara da “juçok”lar quraşdırırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az