Göygöldə Birinci Qarabağ müharibəsinin şəhidi Ucar Zeynalov dəfn edilib - YENİLƏNİB

2024/06/4f388-1719490544.jpg
Oxunub: 398     17:03     27 İyun 2024    
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovla Göygöl rayonunda keçirilən vida mərasimi başa çatıb.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Göygöl rayonu Pənahlılar kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ucar Fidail oğlu Zeynalovun meyitinin qalıqları Göygöl rayonuna gətirilib.

Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Göygöl rayonunun Pənahlılar kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ucar Fidail oğlu Zeynalov 1973-cü il martın 5-də Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

U.Zeynalov Göygöl rayonunun Pənahlılar kəndində dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göygöl   Şəhid  


Bizi "telegram"da izləyin