Ermənistanın keçmiş Baş naziri: “Növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq”

2024/06/1719387071.jpg
Oxunub: 285     17:29     27 İyun 2024    
“Hətta Ermənistanın Aİ-yə daxil olması üçün danışıqlara başlamazdan əvvəl Aİ ilə münasibətlərin inkişafında növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan deyib.

Onun sözlərinə görə, bu məsələ Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcəyi halda da gündəmə gələ bilər.

“Hərbi əməliyyat və Zəngəzura müdaxilə Azərbaycan və Türkiyə üçün faydalı olar, buna yalnız bir amil mane olur, o da Rusiyadır. Bu gün Türkiyə və Azərbaycanı hər məsələdə dəstəkləyən Rusiyadır. Bununla belə, o başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya bundan imtina edə bilməz”, - deyə Harutyunyan qeyd edib.

Harutyunyan əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etməsə də, ən azından ona mane də olmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin