İlk Belçika qrupu “SkyGuardian” PUA təlimini başa vurub

2024/06/2024--1719473971.jpg
Oxunub: 185     15:50     27 İyun 2024    
Belçika Müdafiə Nazirliyi “X”də etdiyi paylaşımda MQ-9B “SkyGuardian” Pilotsuz Uçuş Aparatının (PUA) satınalma prosesində yeni inkişafı elan edib.

Ordu.az xəbər verir ki, nazirlik paylaşımda ilk Belçika qrupunun ABŞ-nin Şimali Dakota ştatındakı GA-ASI obyektlərində ilkin təlimi başa vurduğunu qeyd edib.

“Belçikanın MQ9B “SkyGuardian” PUA-sı üçün hazırlıqlar Florennes aviabazasında tam sürətlə davam edir. Şimali Dakotada “General Atomics”də aylarla davam edən təlimdən sonra ilk 6 belçikalı ekipaj təlimlərinin birinci mərhələsini başa vurub. Növbəti təlimlər ABŞ-nin Kaliforniya ştatında və Böyük Britaniyanın Uoddinqton bölgəsində davam etdiriləcək”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   SkyGuardian   PUA  


Bizi "telegram"da izləyin