İranda İsrailə casusluq etməkdə günahlandırılan şəxs edama məhkum olunub

2023/07/1688802625.jpg
Oxunub: 166     16:30     27 İyun 2024    
İran İslam İnqilab Məhkəməsinin Urmiyadakı şöbəsi İdris Əli adlı 31 yaşlı kişini “İsarilə casusluq etməkdə” təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiosunun fars redaksiyası məlumat yayıb.

Bildirilib ki, İdris Əli Qərbi Azərbaycan əyalətinin Sərdəşt rayon sakini, iki uşaq atasıdır. Məlumata görə, o, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) təzyiqi əsasında günahını etiraf edib. İdris Əli üç ay əvvəl həbs olunub. Onunla birlikdə daha 8 nəfər tutulub. Onlardan beşi girov qarşılığında sərbəst buraxılıb, üçü isə hələ də həbsdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin