ABŞ ordusu Nigerdən sonra Qərbi Afrikada “B Planı” axtarır

2024/06/2024--1719382651.jpg
Oxunub: 254     18:18     27 İyun 2024    
ABŞ-nin yüksək dərəcəli generalı Birləşmiş Ştatların Qərbi Afrikadakı mövcudluğunun bir hissəsini qorumaq yollarını müzakirə etmək üçün Afrikaya nadir səfər edir.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Baş Qərargah rəisi, general Çarlz Braun Bazar ertəsi Afrika müdafiə rəhbərlərinin görüşü üçün Botsvanaya enməzdən əvvəl jurnalistlərə bölgədəki bir neçə tərəfdaşla danışıqlar aparacağını deyib.

“Bəzi imkanlar görürəm. Artıq Qərbi Afrikada əməkdaşlıq etdiyimiz ölkələr var. Bu əlaqələri inkişaf etdirmək bizə Nigerdə sahib olduğumuz bəzi qabiliyyətlərdən başqa yerlərdə də istifadə etməyimiz üçün imkanlar yarada bilər”, - deyə Braun özü ilə birlikdə səyahət edən jurnalistlərə bildirib.

Braun söhbətin hansı ölkələrdən getdiyini söyləməkdən imtina edib.

Ancaq “Reuters”ə danışan bir ABŞ rəsmisi bildirib ki, prezident Co Bayden administrasiyası Benin, Fil Dişi Sahili və Qana kimi ölkələrlə ilkin danışıqlar aparıb.

Yenə də ABŞ ordusunun Nigerdəki terrorla mübarizədəki "ayaq izi"ni tezliklə təkrarlaması gözlənilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niger  


Bizi "telegram"da izləyin