KF-21 döyüş təyyarəsinin tam miqyaslı istehsalı üçün 1,41 milyard dollarlıq müqavilə imzalanıb

2024/06/2024--1719473664.jpg
Oxunub: 252     16:22     27 İyun 2024    
“Korea Aerospace Industries” (KAI) verdiyi açıqlamada yeni nəsil KF-21 döyüş təyyarəsinin istehsalına başlamaq üçün Müdafiə Satınalma Proqramı İdarəsi (DAPA) ilə 1,41 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müqaviləyə əsasən, KAI 20 ədəd KF-21 istehsal edəcək və sonrakı mərhələdə logistika dəstəyi, texniki təlimatlar və təlimlər verəcək.

Döyüş təyyarələri 2026-cı ilin sonunadək Koreya Hərbi Hava Qüvvələrinin (HHQ) xidmətində olacaq.

Koreya 2000-ci illərin əvvəllərində KF-16-dan daha təkmil olan öz döyüş təyyarəsini inkişaf etdirmək, çoxməqsədli döyüş təyyarəsinin ölkənin köhnə F-4 və F-5 parkını əvəz etməsini təmin etmək üçün KF-X adlı layihəyə start verib.

Koreya və İndoneziya 2010-cu ildə layihə üzrə əməkdaşlıq haqqında saziş imzalayıb. Bu müqaviləyə əsasən, Cakarta İndoneziya HHQ üçün orada istehsal olunacaq bir sıra təyyarələr müqabilində ümumi inkişaf xərclərinin 20 faizini maliyyələşdirəcəkdi.

KF-21-in hazırlanmasına 2015-ci ildə başlanılıb və 2026-cı ildə başa çatdırılması planlaşdırılır. KAI bildirib ki, KF-21-in inkişafı 80 faiz tamamlanıb, təyyarə artıq ilkin sınaq qiymətləndirmələri vasitəsilə öz performansını və sabitliyini nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   İndoneziya  


Bizi "telegram"da izləyin