Erməni vəkil: “Hadisədən bir neçə saat əvvəl sığınacaqda əsgərlərlə zabitlər arasında mübahisə baş verib”

2024/06/1719387662.jpg
Oxunub: 295     16:42     27 İyun 2024    
“Gələn cümə günü Göyçə vilayəti birinci instansiya məhkəməsinin Göyçə iqamətgahında növbəti məhkəmə iclası keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu Göyçə vilayətinin Ağkilsə kəndində yerləşən hərbi hissədə baş verən yanğın nəticəsində ölmüş erməni hərbin qulluqçuların yaxınlarının nümayəndəsi Norayr Norikyan deyib.

“Əslində biz zərərçəkənlərin dindirilməsi prosesindəyik. Buna paralel olaraq, ittiham olunan, cinayət prosesinin materiallarına görə, sobanı yandıran, bundan sonra da sığınacağın alovlanmasına səbəb olan Yeğişe Hakobyan ifadə verir”, - deyə o qeyd edib.

Erməni vəkil bildirib ki, iş üzrə müəyyən yeni hallar var.

“Bu mənada müəyyən yeni hallar var ki, Yeğişe Hakopyanın sözlərinə görə, hadisədən bir neçə saat əvvəl sığınacaqda əsgərlərlə zabitlər arasında mübahisə baş verib”, - deyə Norikyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə-vilayəti   Əsgər   Yanğın  


Bizi "telegram"da izləyin