ABŞ dövlət katibinin müavini Ukraynada səfərdə olub

2024/06/54ed3-1719076578.jpg
Oxunub: 349     20:54     22 İyun 2024    
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Ukraynaya səfər edib və burada yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı rəsmi şəxs Ukraynanın baş naziri Denis Şmıqal, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak, xarici işlər naziri Dmitro Kuleba, müdafiə naziri Rustem Umerov, strateji sənaye naziri Aleksandr Kamışin, habelə Ali Radanın deputatları ilə görüşüb.

Onlar ABŞ-ın yeni hərbi və iqtisadi yardımının təsirini, müdafiə və digər sahələrdə uzunmüddətli öhdəlikləri və Ukraynanın yenidən qurulması üzrə davam edən işləri müzakirə ediblər.

Bundan sonra, Bass Ukrayna üzrə təmas qrupunun komandanlığının nümayəndələri ilə görüşmək üçün Almaniyaya gedib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin