İranın Ali Məhkəməsi iranlı reperin edam hökmünü ləğv edib

2024/06/6676b-1719065690.jpg
Oxunub: 182     15:57     22 İyun 2024    
İranın Ali Məhkəməsi həbsdə olan iranlı reper Tomac Salehinin edam hökmünü ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə Tomac Salehinin vəkili Əmir Rəisyan “X” hesabında yazıb.

“Tomac Salehinin ölüm hökmü ləğv edildi. Ali Məhkəmə işə yenidən baxılması üçün göstəriş verib”, - Salehinin vəkili qeyd edib.

Salehi 2022-ci ilin sentyabrında Məhsa Əmininin Əxlaq polisinin nəzarətində öldürülməsi ilə bağlı ümummilli etirazları dəstəklədiyinə görə oktyabrda həbs olunmuşdu.

O, bu ilin aprelində İsfahanda inqilab məhkəməsi tərəfindən "Yer üzündə korrupsiyanı yaymaq" ittihamı ilə edam cəzasına məhkum edilib.

2022-ci ilin sentyabrında Məhsa Əminin ölümü ilə başlayan və aylarla davam edən etirazlarda onlarla təhlükəsizlik işçisi də daxil olmaqla yüzlərlə adam öldürülüb.

Etirazlar zamanı təhlükəsizlik qüvvələrinin ölümü və digər zorakılıqlarla bağlı 9 nəfər edam edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin