Türkiyənin MKE şirkəti ilə Özbəkistan Müdafiə Sənayesi Agentliyi arasında strateji əməkdaşlıq inkişaf edir

2024/06/downl-1719040014.jpg
Oxunub: 206     14:36     22 İyun 2024    
Türkiyənin “Makine ve Kimya Endüstrisi A.Ş.” (MKE AŞ) şirkəti ilə Özbəkistan Müdafiə Sənayesi Agentliyi arasında strateji əməkdaşlıq inkişaf edir.

Ordu.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory” sərgisi çərçivəsində MKE ilə Özbəkistan Müdafiə Sənayesi Agentliyi arasında mövcud əməkdaşlıqları qiymətləndirmək və gələcək layihələri müzakirə etmək üçün kritik görüşlər keçirilib.

Bildirilir ki, bu görüşlərdə xüsusilə NATO çaplı sursat istehsal imkanlarının Özbəkistana ötürülməsi müzakirə edilib.

Bundan əlavə, görüşlər çərçivəsində iki ölkənin müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığının təhlil edildiyi və bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımların ətraflı müzakirə edildiyi qeyd olunub.

Bu kontekstdə NATO standartlarında sursat istehsal qabiliyyətinin Özbəkistana ötürülməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE   Özbəkistan  


Bizi "telegram"da izləyin