“Arquus” baş direktoru: “Türkiyə istehsalçıları aqressiv rəqabət aparır və Avropa bazarı üçün təhlükə yaradır”

2024/06/1719039730.jpg
Oxunub: 318     16:23     22 İyun 2024    
“Fransa Avropa şirkətlərini birləşməyə çağırır”.

Ordu.az xəbər verir ki, bunu Parisdə keçirilən “Eurosatory 2024” sərgisində Fransada yerləşən “Arquus” zirehli vasitə şirkətinin baş direktoru Emmanuel Levaşer müsahibəsində deyib.

Avropa zirehli vasitə bazarını, “Arquus”un mövqeyini və mümkün təkmilləşdirmələri qiymətləndirərkən, Türkiyə şirkətlərinə də diqqət çəkib.

Levaşer Avropa yüngül və orta zirehli vasitə bazarında həddindən artıq çox şirkət olduğunu, bəzi kiçik şirkətlərin hazırkı “Ar-Ge” fəaliyyətləri ilə rəqabət apara bilən şirkətlərə çevrilə bilməyəcəyini və bu səbəbdən kiçik şirkətlərin birləşməyə ehtiyacı olduğunu bildirib.

Olacaq əməkdaşlığa nümunə olaraq Levaşer qeyd edib ki, “Arquus” şirkəti ilə Belçikada yerləşən “John Cockerill” şirkətinin müdafiə departamenti yanvar ayında birləşmə müqaviləsi imzalayıb.

Türkiyə, Cənubi Koreya, İsrail və Cənubi Afrikadan olan müxtəlif şirkətlərin və Avropa şirkətlərinin beynəlxalq sifarişlərdə zirehli vasitə sənayesi üçün ixrac bazarında ciddi rəqabət apardığını vurğulayan Levaşer Türkiyə şirkətləri haqqında bildirib ki, Türkiyə istehsalçıları aqressiv rəqabət aparır və Avropa bazarı üçün təhlükə yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Avropa  


Bizi "telegram"da izləyin