Estoniya 12 ədəd “Caesar” alır

2024/06/1719035946.jpg
Oxunub: 227     13:36     22 İyun 2024    
Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) Fransa Müdafiə Tədarük Agentliyi (DGA) və müdafiə şirkəti KNDS ilə 12 ədəd 155 mm-lik təkərli özüyeriyən haubitsa “Caesar”ın tədarükü üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilələr Parisdə keçirilən, dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2024” zamanı imzalanıb.

İlk “Caesar”lar 2024-cü ilin sonunda Estoniyaya çatdırılacaq və tədarüklər 2025-ci ilin ortalarına qədər davam edəcək.

Adı Azərbaycanca “Sezar” mənasını verən “Caesar” Fransa tərəfindən hazırlanmış 155 mm çaplı mobil haubitsa silah sistemidir.

“Caesar” sisteminin mənzili 40 kilometrə qədərdir. Sistem dəqiqədə 6-8 sursat atmağa qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Caesar   Estoniya  


Bizi "telegram"da izləyin