Moskvada MDB İqtisadi Şurasının iclası olub - YENİLƏNİB (FOTOLAR)

2024/06/17189-1718978468.jpg
Oxunub: 510     17:44     21 İyun 2024    
Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında MDB-nin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.

Ordu.az xəbər verir ki, iclasda ölkəmizi MDB İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən tədbirdə MDB İqtisadi Şurasının üzvü, Belarus Baş nazirinin müavini İqor Petrişenko, MDB İqtisadi Şurasının həmsədri, Tacikistan Baş nazirinin birinci müavini Hokim Xolikzoda və başqaları iştirak ediblər.

İclas iştirakçıları MDB ölkələrinin 2023-cü il üçün iqtisadi inkişafının əsas məqsədyönlü makroiqtisadi göstəriciləri haqqında məlumatı dinləyib və MDB Hökumət Başçıları Şurasının 20 noyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş elmi-texniki informasiya sahəsində kadrların hazırlanması, onların peşə hazırlığı və ixtisasının artırılmasının dövlətlərarası sisteminin formalaşdırılması və inkişafı Konsepsiyasına dəyişiklik edilməsi barədə qərar qəbul ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskva şəhərində keçirilməsi planlaşdırılıb.

***

Moskvada iyunun 21-də MDB İqtisadi Şurasının iclası baş tutub, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektrli məsələləri nəzərdən keçirilib.

Ordu.az-ın məlumatına görə, nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının 2023-cü il üçün inkişafı üzrə əsas məqsədli makroiqtisadi göstəricilər haqqında məlumatları dinləyiblər.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il sentyabrın 20-də Moskvada keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   MDB  


Bizi "telegram"da izləyin