Bəs birdən “Avrasiya Təhlükəsizlik Xartiyası” baş tutsa necə olacaq? – ANALİZ

2024/06/a641f-1718948792.jpg
Oxunub: 552     13:16     21 İyun 2024    
İsveçrədə Ukrayna Sülh Sammiti gözlənildiyi kimi alınmadı, ABŞ prezidenti Co Bayden iştirak etmədi, Vladimir Zelenskinin təklif etdiyi 10 bənddən isə yalnız 3-ü yekun sənədlərə daxil edildi, üstəlik, bu bəndlər tənzimləmə prinsipləri yox, humanitar məsələlər haqqında idi.

İyunun 16-da başa çatan konfransda dünyanın yüz ölkəsinin iştirakı ilə bağlı Rusiya mətbuatı nəşrlərində əsasən bu qiymətləndirmə üstünlük təşkil edir. Buradan belə başa düşülür ki, biz Kreml və Xarici İşlər Nazirliyi tərəfindən aparılan təbliğatla üzləşirik. Moskva, həmçinin yekun sənədi cəmi 78 ölkənin imzalamasından məmnundur.

Lakin ilhamlanma sanki bu qədəri ilə də tükənir. Rusiya mətbuatı vurğulayır ki, Sülh Konfransının yekun sənədi Türkiyə, Macarıstan, Serbiya, Slovakiya və “Rusiya-Ukrayna münaqişəsində xüsusi mövqeyi ilə tanınan” ölkələr tərəfindən imzalanıb. Görünür, burada “Rusiya-Ukrayna münaqişəsində xüsusi mövqeyi ilə tanınmış” demək düzgün olardı. Bu baxımdan “Nezavisimaya qazeta”nın redaksiyası Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışının bir hissəsini ayırır.

Həmin hissədə Hakan Fidan Rusiyanın yoxluğunda hərtərəfli həll yollarının tapılmasının qeyri-mümkünlüyündən danışıb, lakin Macarıstanın xarici işlər naziri Peter Siyarto oxşar və ya buna yaxın mövqe bildirməyib. Əslində Moskvanın təşəbbüsü ilə nəzərdən keçirilən “Şərqi Avropa klubu”nun birliyi baş tutmadı.

Macarıstanın Baş naziri, Serbiya, Slovakiya və Bolqarıstan prezidentləri şəxsən iştirak etsəydilər və Kiyevin yanaşmalarına qarşı vahid mövqe bildirsəydilər, Vladimir Putin üçün daha sərfəli olardı. Bu baş vermədi. Göründüyü kimi, Macarıstanın Baş naziri ilə NATO-nun Baş katibi arasında görüş həlledici olub. Konfransın sonunda Ukrayna prezidenti yaxın aylarda ikinci, daha çox nümayəndəli forumun çağırılmalı olduğunu deyib, onun xarici işlər naziri Dmitri Kuleba isə şərh edib ki, həmin tədbirə Rusiya da dəvət olunacaq, çünki qarşı tərəfin iştirakı olmadan münaqişə həll oluna bilməz.

Kuleba eyham vurub ki, “Qlobal Cənubdan kompromisa getmək fikirləri eşidilir”. O, konkret hansı ölkənin belə bir “tənzimləmə” təklif etdiyini açıqlamayıb. Ehtimal etmək olar ki, söhbət Hindistandan gedir. Vəziyyətə proqnozlaşdırıla bilən qiymətləndirmə verilmir. ABŞ-də prezident seçkiləri kampaniyası demək olar başlayıb, Fransa və Almaniyanın daxili problemləri var, Böyük Britaniya parlament seçkilərinə hazırlaşır.

Bununla belə, İsveçrə konfransı nizamlanmanın ümumi hüquqi-siyasi əsasını formalaşdırıb: bütün ölkələrin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına və mübahisələrinin sülh yolu ilə həlli prinsipinə qeyd-şərtsiz hörmət. Praktikada nə baş verəcək? Əgər Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını “Avrasiya Təhlükəsizlik Xartiyası” ətrafında cəmləşdirməyə nail olsa, o zaman, görünür, Ukrayna parçalanacaq. İyulun 4-də Astanada hava çox “isti” olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avrasiya-Təhlükəsizlik-Xartiyası   İsveçrə   Ukrayna  


Bizi "telegram"da izləyin