Erməni ekspert: “Rus hərbi bazasının Ermənistanda yerləşməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsini ləğv etsinlər”

2024/06/1718868650.jpg
Oxunub: 332     17:30     22 İyun 2024    
“Siyasi baxımdan Ermənistanın KTMT-dən çıxması Paşinyan tərəfindən meymunluqdur”.

Ordu.az xəbər verir ki, bunu təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Hayk Nahapetyan deyib.

Nahapetyan qeyd edib ki, qoy Ermənistan səlahiyyətliləri Ermənistanla Rusiya arasında 1995-ci ildə imzalanmış, 102-ci rus hərbi bazasının Ermənistanda yerləşməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsini ləğv etsinlər.

“O, həmçinin iki dövlət arasında 30 sentyabr 1992-ci il tarixli dövlətlərarası müqaviləni də ləğv edə bilər. Müqaviləyə əsasən, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət göstərməlidirlər. Parlament tribunasından belə bəyanat versə, Rusiya qorxa və Qərblə oyunlarına yüngülcə baxa bilər”, - deyə o bildirib.

Nahapetyan əlavə edib ki, Nikol Paşinyan Ermənistan üçün böyük problemlərə yol açır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin