Paşinyan yenidən təhlükəsizliyini gücləndirir

2024/06/1718868501.jpg
Oxunub: 281     16:45     22 İyun 2024    
Nikol Paşinyan tabeliyində fəaliyyət göstərən Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına mümkün qədər çox sosial təminat vermək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, indi Paşinyan Dövlət Mhafizə Xidmətinin əməkdaşlarını ölkə sərhədlərini qorumaq öhdəliyindən azad edib, lakin müharibədə döyüşənlərin əldə etdiyi sosial təminatların onlara da şamil edilməsini istəyir.

“Paşinyan dövründə Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına büdcə hesabına daha bir imtiyaz verilib: onlar Ermənistanın vergi ödəyiciləri tərəfindən ödənilən vergilər hesabına xaricdə müalicə ala bilərlər. Qeyd edək ki, Maliyyə Nazirliyi bu layihəyə etirazını bildirib və onun qəbulunun Ermənistanın dövlət büdcəsindən əlavə planlaşdırılmamış ayırmalara səbəb olacağını vurğulayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   DMX  


Bizi "telegram"da izləyin