Ukraya hökuməti Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını açıqladı

2024/06/666dc-1718471132.jpg
Oxunub: 412     20:53     15 İyun 2024    
Ukraya Preziedent Adminstrasiyası Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını bildirərək Sülh Sammitinin əsas vəzifəsini açıqlayıb.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İqor Jovkva jurnalistlərlə açıqlaması zamanı İsveçrə Sammiti ilə bağlı bəzi suallara aydınlıq gətirib.

Rusiyanın bu gün bu müharibəni davam etdirmək istəyən yeganə ölkə olaraq qaldığını vurğulayan Jovkva sammitin formatının Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını deyib.

“Bu zirvə sülh prosesini başlatmaq üçündür. Bu sammitdə biz sülhün bərqərar olması üçün mahiyyətcə danışmağa və hərəkətə keçməyə hazır olan ölkələri toplamışıq.” – deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukraya   Rusiya  


Bizi "telegram"da izləyin