Ermənistan-ABŞ “balansı” Rusiyaya qarşı nəyi planlaşdırır? – ANALİZ

2024/06/1719047786.jpg
Oxunub: 760     16:29     22 İyun 2024    
İyunun 15-16-da İsveçrədə Ukrayna münaqişəsində sülhün bərqərar olması mövzusunda keçirilən konfransda İrəvanın iştirakı Ermənistanda kifayət qədər böyük maraq doğurub. Yeri gəlmişkən, İrəvan orada Təhlükəsizlik Şurasının katibi səviyyəsində iştirak edib, lakin yekun bəyanata qoşulmayıb.

Ümumiyyətlə, İsveçrə konfransı Ukrayna və İsveçrənin səyləri ilə daha çox təşviq edilən bir tədbir idi. Sanki həmin konfrans daha çox ona görə təşkil edilib və keçirilib ki, bunda və ya bunun ətrafında Rusiyanın ünvanına sərt bəyanatlara paralel olaraq Rusiyanın iştirakı ilə müzakirələr olmadan sülhün mümkün olmadığı fikri “qırmızı sap”dan keçsin.

İsveçrə konfransının başqa mənası, hər hansı bir digər əhəmiyyəti yox idi. Üstəlik, əsas ölkə olan ABŞ-nin vitse-prezidenti Kamala Harris İsveçrə platformasını vaxtından əvvəl tərk edib. Məlum olduğu kimi, daha bir mühüm ölkə Çin konfransda iştirakdan imtina edib. Qlobal çərçivədən baxsaq, Ermənistanın iştirakına böyük diqqət yetirilməsi yersiz görünə bilər, lakin lokal olaraq Ermənistan bu tədbirdə iştirakla Rusiyaya meydan oxuyub. Digər tərəfdən yekun bəyanata qoşulmaqdan çəkinib. Belə olan halda təbii olaraq sual yaranacaq ki, ümumiyyətlə iştirakın nə mənası var idi? Təbii ki, Ermənistan Ukrayna mövzusunda keçirilən sülh konfransında ilk dəfə iştirak etmir.

Sadəcə olaraq, daha çox “piar aparılan” İsveçrə konfransı idi, habelə əvvəlkilərin unudulması və son günlər Rusiayaya qarşı verilən bəyanatlar da İrəvanın yeni iştirakına əlavə diqqət çəkdi. İstisna deyil ki, iştirakın bütün mənası Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri arasında söhbətin İsveçrədə baş tutması idi. Hər halda həmin iki günlük ezamiyyətdə başqa məna görmək çətindir.

Burada bəlkə də bir nüansa diqqət yetirmək çox vacibdir. ABŞ Dövlət Departamentinin iki əsas nümayəndə heyəti son günlər Ermənistana səfər edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin başçılıq etdiyi nümayəndə heyəti ötən həftənin əvvəlində Ermənistan-ABŞ strateji dialoq sessiyası ilə bağlı İrəvanda olub. ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma isə İsveçrə konfransından bir gün sonra İrəvana səfər edib, ştat və yerli özünüidarəetmə orqanı nümayəndə heyətini Ermənistana gətirib.

Faktiki olaraq Dövlət Departamentinin “xətti” ilə bu iki təmsilçi təmasa paralel olaraq İrəvanın İsveçrədə birbaşa Ağ Evin “xətti” ilə təması da olub. Bu, ilk baxışdan səslənməyən, lakin olduqca incə bir tarazlıq məsələsidir. Nəzərə almaq lazımdır ki, bununla belə fövqəldövlətlərin təbii olaraq əsasən daxili reallıqların müəyyən etdiyi motivlərlə ifadə olunan qurum yanaşmaları və maraqları Ermənistanın Rusiyaya qarşı siyasətinə ciddi təsir göstərə bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin