Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri davam edir - FOTOLAR

2024/06/f0153-1718896659.jpg
Oxunub: 563     18:06     20 İyun 2024    
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Yugoimport SDPR" şirkətini ziyarət edib.

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib.
Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Daha sonra "Rastko Nemanyiç" hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub.

Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib.

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Serbiya  


Bizi "telegram"da izləyin