Ermənistanın keçmiş müdafiə naziri baş nazirliyə namizəddir

2024/01/1705992179.jpg
Oxunub: 272     16:19     22 İyun 2024    
“Baş nazirliyə namizədimiz Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyandır, üstəlik, Ermənistanı bu ağır vəziyyətdən çıxara biləcək başqa heç kim görmürük”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Ümumerməni Cəbhəsi” partiyasının həmtəsisçisi Arsen Vardanyan deyib.

Vardanyan qeyd edib ki, onlar heç bir hərəkata bağlı deyillər, lakin erməni xalqının haqlı tələbini dəstəkləyirlər.

Ermənistanın “Ümumerməni Cəbhəsi” partiyasının həmtəsisçisi bildirib ki, uzaqlaşıb-uzaqlaşmamaq məsələsi Nikol Paşinyanın iradəsinə qalsa, o uzaqlaşmayacaq.

“Paşinyanı uzaqlaşdırmaq lazımdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin