Ahmet Akyoldan “Korkut” ixracatı müjdəsi: 25 və 30 da gəlir

2024/06/1719035871.jpg
Oxunub: 322     16:56     22 İyun 2024    
ASELSAN-ın Baş direktoru Ahmet Akyol Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory” sərgisində jurnalistlərin suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, Akyol ASELSAN-ın Hava Hücumundan Müdafiə (HHM) sistemi həlləri ilə bağlı açıqlamalar verib.

ASELSAN-ın Baş direktoru qeyd edib ki, xüsusilə HHM dünyada baş verən son hadisələrdə önə çıxan bir sahədir.

“Bu bizim uzun illər sərmayə qoyduğumuz və çoxsaylı texnologiyaları özündə birləşdirən əsas fəaliyyət sahəsidir. Biz bunu konsept olaraq Türkiyədə “Gök Kubbe” konsepsiyası altında topladıq. Burada onu “Skydome” kimi xarici beynəlxalq ictimaiyyətə təqdim edirik. Bunların arasında hazırda ən aşağı hündürlükdə geniş şəkildə istifadə edilən Pilotsuz Uçuş Aparatlarının (PUA) qarşısını alan sistemlər var. “İhtar”lar, “Şahin”lər... Bir tərəfdən “jammer”lərlə “soft-kill” üsulu ilə zərərsizləşdirdiyimiz həllər, digər tərəfdən isə qısa mənzilli qəlpəli sursat atan, ATOM sursatımızı atan 40 mm-lik “Şahin” həllimiz var. “Korkut” sistemi ilə bağlı beynəlxalq müqavilə də imzaladıq. Deyə bilərəm ki, qarşıdakı dövrdə bu sistem döyüş meydanında getdikcə daha geniş yayılacaq. Bu 35 mm-lik sistemin 40 mm-lik “Şahin”ini də inkişaf etdirdik. Burada demək istərdim ki, biz indi 30 mm-lik və 25 mm-lik kimi ailələr üzərində işləyirik və önümüzdəki dövrdə istifadəçilərimizə təqdim olunacaq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin