Erməni ictimai xadim: “Ermənistanın Aİ-yə daxil olması ideyası vətəndaşlar arasında getdikcə populyarlıq qazanır”

2022/04/Untit-1650711364.jpg
Oxunub: 237     14:51     22 İyun 2024    
“Ermənistanın Avropa İttifaqına daxil olması ideyası ölkə vətəndaşları arasında getdikcə populyarlıq qazanır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistanın Avropa İttifaqına üzvlük ərizəsi ilə bağlı referendumun keçirilməsi təklifi barədə” parlament dinləmələri zamanı “Azad Vətəndaş” ictimai təşkilatının sədri Hovsep Xurşudyan deyib.

Onun sözlərinə görə, Aİ-yə daxil olub-olmamaq məsələsini müzakirə etmək lazımdır.

“Təkcə dünyada deyil, şüurumuzda da sürətli dəyişikliklər baş verdi. Ona görə də biz ictimai müzakirəni dəyişməliyik”, - deyə Xurşudyan bildirib.

Xurşudyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlüyü ölkə vətəndaşlarının qəbul etməli olduğu bir məsuliyyətdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin