“30 ildən artıqdır ki, TSQ ilə dənizdə, quruda və havada kritik bacarıqlar inkişaf etdirmişik” - Ahmet Akyol

2024/06/1719035871.jpg
Oxunub: 188     14:31     22 İyun 2024    
Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2024” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ASELSAN Baş direktoru Ahmet Akyol ASOJ məhsulu ilə bağlı açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Akyol ASOJ adı verilən Pilotsuz Uçuş Aparatı (PUA) üçün “stand-off jammer” məhsulunun dünyada hazırlana bilməyən konsepsiyaları hazırlamaq anlayışından ortaya çıxan, həqiqətən oyun dəyişdiricisi olacağı düşünülən məhsul ailəsi olduğunu bildirib.

“ASOJ Türkiyənin həqiqətən də dünyaya liderlik etdiyi PUA-lar ilə Radioelektron Mübarizə (REM) səriştəmizi birləşdirməyi və “stand-off jammer”i PUA-lar üzərindən dünyada ilk dəfə həyata keçirən ölkə və məhsul halına gətirməyi hədəflədiyimiz bir həldir. Bununla kifayətlənmədik, eyni zamanda HF, UHF və radar diapazonlarını həm ESM, həm də “jamming” olaraq əhatə edən və bunu insansız platformadan həyata keçirən bir həlli Müdafiə Sənayesi Komitəmizin rəhbərliyi altında başlatdıq. REM həqiqətən mükəmməllik mərkəzi adlandıra biləcəyimiz bir fəaliyyət sahəsidir. 30 ildən artıqdır ki, Türkiyə Silahlı Qüvvələrimizlə dənizdə, quruda və havada kritik bacarıqlar inkişaf etdirmişik”, - deyə Akyol qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Türkiyə   Eurosatory-2024  


Bizi "telegram"da izləyin