Ermənistan təşkilatı: İrəvan Ankaranın təhriki ilə Fələstinin müstəqilliyini tanıyıb

2024/06/1719042936.jpg
Oxunub: 230     13:44     22 İyun 2024    
Ermənistanın “Milli Cəbhə” təşkilatı Türkiyənin Ermənistanın Fələstin dövlətini tanıması ilə bağlı reaksiyasına toxunub.

Ordu.az xəbər verir ki, “Milli Cəbhə” Ermənistanın bu addıma Türkiyənin təhriki ilə getdiyini qeyd edib.

“Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlama Ermənistanın Fələstinin müstəqilliyini Türkiyənin təhriki ilə tanıması ilə bağlı daha əvvəl erməni mətbuatında yayılan versiyanı təsdiqləyir. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir: “Biz İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrin ardınca Ermənistanın Fələstin dövlətini tanımaq qərarını alqışlayırıq. Həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə daha çox ölkənin Fələstini tanıması üçün səylərini davam etdirəcək”, - deyə Ermənistanın “Milli Cəbhə” təşkilatı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fələstin   Türkiyə  


Bizi "telegram"da izləyin