“Şarl de Qoll” aviadaşıyıcı gəmisi Ərəbistan dənizindəki missiyasını başa vurur

2026/03/1772438394.jpg
Oxunub: 202     22:48     13 İyun 2026    
Fransa Hərbi Dəniz Qüvvələrinin "Şarl de Qoll" aviadaşıyıcı gəmisi yaxın günlərdə Ərəbistan dənizindəki missiyasını başa vuracaq və təmir üçün Tulon limanına qayıdacaq.

Ordu.az xəbər verir ki, bu barədə "BFMTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, bu, iyul ayına planlaşdırılan planlı təmirdir və aviadaşıyıcı gəminin Yaxın Şərqə göndərilməsindən əvvəl razılaşdırılıb. Qeyd edilib ki, aviadaşıyıcı gəmi, digər tədbirlərlə yanaşı, Baltik dənizində keçirilən Orion təlimlərində iştirak etmək üçün yanvarın 27-də Tulon limanından yola düşüb. Oradan, ABŞ-İsrail müharibəsi zamanı Hörmüz boğazında gəmiçiliyin blokadası səbəbindən Şərqi Aralıq dənizinə, daha sonra isə Ərəbistan dənizi bölgəsinə yönləndirildi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarl-de-Qoll   Aviadaşıyıcı-gəmi  


Bizi "telegram"da izləyin