Ordu.az xəbər verir ki, bu barədə “Lrytas” nəşri məlumat yayıb.
Litva ordusunun açıqlamasına görə, təlimlərə hazırlıq çərçivəsində iyunun 13-dən etibarən hərbi texnikanın Klaipeda-Krijkalnis-Kazlu Ruda-Marijampole-Suvalki marşrutu üzrə daşınmasına başlanılacaq. Bununla əlaqədar Litvanın cənub-qərb hissəsində yerləşən yollarda hərbi karvanların hərəkətinin artacağı gözlənilir.
Bildirilib ki, təlimlərin əsas məqsədi müttəfiqlərin birgə fəaliyyətinin təkmilləşdirilməsi, bölmələr arasında operativ qarşılıqlı fəaliyyətin artırılması və NATO-nun şərq cinahında müdafiə tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın gücləndirilməsidir.
Qeyd edək ki, Suvalki dəhlizi Polşa ilə Litva sərhədində yerləşən və Baltikyanı ölkələri NATO-nun digər əraziləri ilə birləşdirən strateji əhəmiyyətli bölgə hesab olunur. Həmin ərazi Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşir və regionun təhlükəsizliyi baxımından əsas məntəqələrdən biri sayılır.
Sevinc Əliyeva
Ordu.az