Pakistan XİN sabah ABŞ ilə İran arasında sülhün imzalanacağına əmindir

2026/01/1768031807.jpg
Oxunub: 223     20:35     13 İyun 2026    
İran ilə ABŞ arasında sülh razılaşmasının imzalanma mərasimi sabah baş tutacaq.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Tahir Hüseyn Əndərabi açıqlayıb.

"İran və ABŞ arasında videokonfrans vasitəsilə sülh razılaşmasının imzalanma mərasimi bazar günü keçiriləcək", - o bildirib.

Pakistanın XİN-in sosial media hesabında da mərasimin 14 iyun, bazar günü keçiriləcəyi açıqlanıb. "Onlar (Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri telefon danışığı zamanı - Qeyd) elektron sazişin imzalanma mərasiminin sabah (14 iyun - Qeyd) keçirilməsi planlaşdırıldığı üçün son mərhələdə olan ABŞ və İran arasında danışıqları alqışlayıblar", - deyə məlumatda qeyd olunub.

İyunun 13-də Pakistanın Baş naziri Şahbaz Şərif də Vaşinqton və Tehran arasında sülh müqaviləsinin yaxın 24 saat ərzində rəsmiləşdirilə biləcəyi fikrini bildirib.

Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai memorandumun imzalanmasının yaxın gələcəkdə baş tuta biləcəyini etiraf edərək, konkret tarixin hələ müəyyən edilmədiyini vurğulayıb. O, ABŞ ilə memorandumun sabah imzalanmayacağını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   XİN   ABŞ   İran  


Bizi "telegram"da izləyin