Tramp Fransada Körfəz ölkələri və Hindistan liderləri ilə strateji danışıqlar aparacaq

2026/06/1781260131.jpg
Oxunub: 198     23:14     13 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammiti çərçivəsində Körfəz ölkələrinin liderləri, eləcə də Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə CNBC və “Reuters” ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Qətər, Misir və BƏƏ rəhbərləri ilə görüşlər keçirəcək. Narendra Modi ilə danışıqlar zamanı isə ABŞ ilə Hindistan arasında ticarət münasibətlərinin inkişafı müzakirə olunacaq.

Bildirilib ki, sammit çərçivəsində konkret ticarət sazişinin imzalanması gözlənilmir. Bununla belə, hər iki tərəf mümkün ticarət razılaşması istiqamətində irəliləyiş əldə olunmasında maraqlıdır.

Mənbələrin sözlərinə görə, texniki məsləhətləşmələr sammitdən sonra da davam etdiriləcək.

Həmçinin qeyd olunub ki, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir gələn həftə danışıqları davam etdirmək üçün Hindistana səfər edəcək.

Vaşinqton hesab edir ki, mümkün sazişin əldə olunması real olaraq qalır, lakin bunun üçün əlavə işləmələr tələb olunur.

Məlumata görə, G7 sammitində enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlılığı və digər geniş iqtisadi-geosiyasi məsələlər də müzakirə ediləcək.

Bununla yanaşı, ABŞ-Hindistan və ABŞ-Kanada-Meksika formatlarında aparılan müzakirələr daxil olmaqla, ticarət sazişləri üzrə ciddi irəliləyişlərin əldə olunacağı gözlənilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Fransa   Körfəz  


Bizi "telegram"da izləyin