“Bloomberg”: Avropa Şurasının rəhbəri Kreml ilə əlaqə yaradıb

2026/06/1781716211.jpg
Oxunub: 196     21:07     17 İyun 2026    
Avropa Şurasının Prezidenti Antonio Koşta Ukraynada müharibənin mümkün başa çatdırılması yollarını müzakirə etmək məqsədilə Kreml ilə əlaqə yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Antonio Koştanın baş müşaviri Rusiya Prezidenti Vladimir Putinə yaxın olan yüksəkvəzifəli rusiyalı rəsmilərdən biri ilə iki telefon danışığı aparıb.

Bildirilir ki, bu təmasların məqsədi gələcəkdə daha məzmunlu danışıqların keçirilməsi üçün zəmin hazırlamaqdır.

Mənbələrin sözlərinə görə, söhbət mümkün siyasi dialoq üçün şərait yaratmağa yönəlmiş ilkin məsləhətləşmələrdən gedir.

Bununla belə, tərəflər hələlik bu təmasların baş tutduğunu rəsmi şəkildə təsdiqləməyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta     Rusiya  


Bizi "telegram"da izləyin