Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Məlumata görə, gəmi Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyalarına məruz qalıb və beynəlxalq məhdudiyyətlərdən yan keçərək Rusiya üçün neft və neft məhsullarının daşınmasında istifadə olunub.
"Hədəfin vurulduğu təsdiqlənib. Zədələnmə dərəcəsi dəqiqləşdirilir", - məlumatda bildirilib.
Baş Qərargahdan qeyd edilib ki, tankerin uzunluğu 244,6 metr, ümumi tonnajı isə 62 002 vahid təşkil edir.
Bundan əlavə, Ukrayna hərbçiləri, öz məlumatlarına görə, Rusiya qoşunları tərəfindən Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə hərbi logistikanın təmin edilməsi və qüvvələrin daşınması üçün istifadə olunan obyektlərə zərbələr endirildiyini bildiriblər.
Xüsusən də, Stavki yaşayış məntəqəsi ərazisində Şimali Krım kanalı üzərindən keçən avtomobil körpüsü, həmçinin Xerson vilayətinin Voinka ərazisindəki körpü vurulub.
Həmçinin, Donetsk vilayətinin Velyka Novosilka ərazisindəki komanda-müşahidə məntəqəsinə və idarəetmə məntəqəsinə, eləcə də Ukraynanın Zaporojye, Donetsk, Xerson, Dnepropetrovsk vilayətlərində və Rusiyanın Kursk vilayətində pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirilib.
Ordu.az