İsrailin Livanın cənubuna endirdiyi yeni aviazərbələr nəticəsində azı 4 nəfər həlak olub

2026/06/1781361155.jpg
Oxunub: 207     18:34     13 İyun 2026    
İsrailin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində həlak olanların sayı azı 4 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” yerli mənbələrə istinadən məlumat yayıb.

Həlak olanlar arasında Cəzzin rayonunun Reyhan qəsəbəsinin meri də var.

Daha əvvəl daha bir nəfərin Sur rayonunun Maarakə yaşayış məntəqəsində öldürüldüyü bildirilmişdi.

Bir müddət sonra Nəbatiyyə rayonunun Deyr əz-Zəhrani kəndinə endirilən zərbə nəticəsində daha iki nəfər həlak olub.

Məlumata görə, hücum nəticəsində yaşayış evlərindən biri də dağılıb.

Yaralananların dəqiq sayı və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin