Hindistan ardıcıl raket sınaqları keçirib

2026/06/1781361749.jpg
Oxunub: 220     18:42     13 İyun 2026    
Hindistan çoxtəbəqəli ballistik raketdən müdafiə sistemi və orta mənzilli gəmi əleyhinə raketin sınaqlarını uğurla həyata keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan mətbuatında yayılan məlumatlarda bildirilib.

Hindistan Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkənin müdafiə imkanlarını gücləndirmək məqsədilə iyunun 10-11-də uzun mənzilli ballistik raketlərə qarşı nəzərdə tutulmuş çoxtəbəqəli müdafiə sisteminin sınaqları çərçivəsində ardıcıl üç uçuş həyata keçirilib.

Açıqlamada qeyd olunub ki, keçirilən sınaqlar Hindistanın ballistik raketdən müdafiə qabiliyyətinə malik ölkələr sırasında mövqeyini daha da möhkəmləndirib.

Bundan əlavə, orta mənzilli gəmi əleyhinə raketin ilk uçuş sınağının da uğurla başa çatdığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin