Kreml Ermənistandakı seçkilərdə baş vermiş pozuntularla bağlı xəbərləri qeydə alır

2026/06/1781004625.jpg
Oxunub: 298     15:35     09 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkilərində çoxsaylı pozuntuların baş verdiyi barədə məlumatlar hələ səsvermə zamanı daxil olurdu”.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

“Orada çoxlu anlaşılmaz məqamlar var idi. Biz baş vermiş pozuntular barədə çoxsaylı məlumatlar almışıq”, - deyə Peskov qeyd edib.

Peskov bu sözləri Kremlin Nikol Paşinyanın elan etdiyi qələbəni niyə tələsik təbrik etməyəcəyi barədə suala cavab olaraq səsləndirib.

O əlavə edib ki, məhz buna görə Moskva seçkilərin yekun rəsmi nəticələrinin açıqlanmasını gözləməyi düzgün hesab edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ermənistan  


Bizi "telegram"da izləyin