Ordu.az xəbər verir ki, bu barədə iyunun 9-da “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ hökuməti həmin obyektin tikintisini Keniya məhkəməsinin sonrakı işləri qadağan edən qərarına baxmayaraq sürətlə davam etdirib.
ABŞ Hərbi Hava Qüvvələrinin bazasında 50 çarpayılıq xəstəxananın tikintisi planı əvvəlcədən bir çox keniyalının narazılığına səbəb olmuşdu.
Etirazçılar Vaşinqtonu Konqo Demokratik Respublikasının şərqində və Uqandada Ebola epidemiyasına yoluxmuş şəxslərin tibbi xidmət məsuliyyətini Keniyanın üzərinə qoymaqda ittiham edirlər.
“Biz burada Ebola ilə mübarizə üçün belə bir obyektin yaradılması ideyasını bəyənmirik”, - deyə 24 yaşlı etirazçı Betvel Onyanqo bildirib.
Baş verən iğtişaşlar zamanı polis gözyaşardıcı qaz tətbiq edib. Bu tədbirə ABŞ tərəfinin qərarına etiraz edərək yenidən küçələrə çıxan yerli sakinlər məruz qalıblar.
Sevinc Əliyeva
Ordu.az