Ordu.az xəbər verir ki, bunu iyunun 9-da jurnalistlərlə görüşü zamanı Ermənistanın “Hayastan” blokunun siyahısında yer alan parlament deputatı İşxan Sağatelyan mümkün küçə mübarizəsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Nikol Paşinyanın seçkilərin saxtalaşdırılmadığını və buna görə də seçkidən sonrakı küçə etirazlarının mümkün olmadığını deməsinə münasibət bildirən Sağatelyan qeyd edib ki, seçkilər azad və ədalətli şəraitdə keçirilməyib.
“Mən dedim ki, seçkilər azad və ədalətli şəraitdə deyil, genişmiqyaslı təzyiqlər, qanunsuzluqlar və inzibati resurslardan istifadə olunmaqla keçirilib. Bu faktdır.
Hətta seçkilərdən sonra da dünən axtarışlar və həbslər baş verdi. Bu adam sakitləşmir. Onun məqsədi ölkədəki istənilən müxalif qüvvəni hansısa bəhanə ilə təcrid etmək, həbs etmək və mühakimə etməkdir.
Onun mahiyyəti budur: qan, qisas, həbs etdirmək, divara və asfalta yapışdırmaq. Bütün bunların məqsədi istənilən müqavimət ocağını, istənilən hüceyrəni məhv etmək, ölkədə total diktatura qurmaqdır.
Onun yolu budur. O, demokratiyanın düşmənidir, demokratiya ilə heç bir əlaqəsi yoxdur, demokratiyaya nifrət edir. Biz də bunun qarşısını almaq və vəziyyəti dəyişmək üçün əlimizdən gələni etməliyik. Biz bu vəziyyətlə barışmırıq və barışmayacağıq”, - deyə Sağatelyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az