Ordu.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində danışıb.
“Ümid edək ki, Ermənistanda vəziyyət sabitləşəcək”, - deyə Lebedev bildirib.
MDB baş katibi qeyd edib ki, seçkilər mürəkkəb şəraitdə keçirilib və MDB müşahidə missiyası da səsvermədən əvvəl baş verən hadisələri müşahidə edib.
“Lakin ümumilikdə bizim missiyamız seçki məntəqələrində hər şeyin normal olduğunu qeydə aldı”, - deyə o əlavə edib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin dəqiqləşdirilmiş nəticələrinə əsasən, parlamentə üç siyasi qüvvə daxil olur. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faizini, sabiq erməni prezident Robert Köçəryanın “Hayastan” bloku isə 9,934 faizini qazanıb.
Yerli müşahidəçilər və müxalifət səsvermə zamanı görünməmiş pozuntuların qeydə alındığını bildiriblər. Seçkilər həm seçkiqabağı kampaniya dövründə, həm də sükut və səsvermə günlərində müxalifət nümayəndələrinin həbsləri ilə müşayiət olunub.
Erməni oliqarx Qaqik Tsarukyana məxsus və ilkin nəticələrə görə 4 faizlik seçki baryerini keçə bilməyən “Çiçəklənən Ermənistan” Partiyası isə bir sıra seçki məntəqələrində səslərin yenidən hesablanması üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini açıqlayıb.
Alpər Mövludoğlu
Ordu.az