Ermənistan MSK müxalifətdən 555 məntəqədə səslərin yenidən sayılmasına dair müraciətlər alıb

2026/06/1780981724.jpg
Oxunub: 290     14:56     09 İyun 2026    
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyaları və bloklarından 555 seçki məntəqəsində səslərin yenidən sayılması tələbi ilə müraciətlərin daxil olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-ya istinadən məlumat yayıb.

Belə ki, "Çiçəklənən Ermənistan" və "Birlik Qanadları" partiyalarından, "Ermənistan" blokundan səslərin yenidən sayılması barədə 30 müraciət daxil olub.

MSK-dan bildirilib ki, səslərin yenidən sayılması üçün müraciətlərin qəbulu müddəti iyunun 9-da başa çatıb.

"Dairə seçki komissiyaları daxil olmuş müraciətlərə baxacaq", - məlumatda qeyd olunub.

Ermənistanda seçkilərin keçirilməsi üçün 2005 seçki məntəqəsi açılmışdı.

Qeyd edək ki, iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinə əsasən parlamentə hakim "Mülki müqavilə" partiyası (səslərin 49,825 %-i), "Güclü Ermənistan" partiyası (23,281 %) və "Ermənistan" bloku (9,934 %) keçir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin