Anna-Kaysa İtkonen: "Qırğızıstan aviasiya təhlükəsizliyi sahəsində irəliləyişə nail olub"

2026/06/1781002698.jpg
Oxunub: 289     14:39     09 İyun 2026    
Ölkənin aviasiya nəzarəti sistemi beynəlxalq təhlükəsizlik standartlarına uyğunlaşdırıldıqdan sonra Qırğızıstanın bütün aviaşirkətləri Avropa İttifaqının (Aİ) qara siyahısından çıxarılıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.

Onun sözlərinə görə, Qırğızıstan aviasiya təhlükəsizliyinə nəzarət sahəsində mühüm irəliləyişə nail olub, bu da ölkədə sertifikatlaşdırılmış aviadaşıyıcıların Aİ dövlətlərinə uçuşlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa imkan verib.

Eyni zamanda, Əlcəzairin "Air Express Algeria" aviaşirkəti siyahıya daxil edilib və artıq Aİ-yə uçuşlar həyata keçirə bilməyəcək. İtkonen bildirib ki, qərar Aİ-nin aviasiya təhlükəsizliyi üzrə ekspertləri tərəfindən aşkar edilmiş təhlükəsizlik sahəsindəki ciddi narahatlıqlara əsaslanır.

Bu yenilənmə Aİ-nin Aviasiya təhlükəsizliyi siyahısının 48-ci redaktəsi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtkonen   Qırğızıstan  


Bizi "telegram"da izləyin